Fuad İbrahimov - Keçmir Zaman Şarkı Sözleri
Gözlərimin yaddaşı var biləsən,
Çəkir şəkillər ötürür beynimə.
O bəxtimi qarə görüb deyəsən,
Qaranlığı geyindirib əynimə,
İndi mənim beynimin yaddaşında.
Qalan təkcə o sənli günlərdi,
Səni mənlə qovuşduran yuxuda,
Lenti qırıq qəmli filmlərdi.
Sənsiz beynim duman,
Aman aman...
Bu ayrılıq yaman yaman.
Sənsiz ötmür günlər,
Aylar illər,
Keçmir zaman,
Zaman zaman...
Mən gedirəm daha mənim arxamca,
Kimim qaldı məndən sonra ağlasın.
Səni məndən alan həmin mələk,
Gəlib mənim gözlərimi bağlasın.
Bir darağda bircə gülləm var,
Vurum özümü gedim fani həyatdan.
Sənsiz dünya mənə cəhənnəm oldu,
Qorxum yoxdu nə atəşdən nə oddan.
Söz: Fuad İbrahimov
75 kez okundu