Fuad İbrahimov - Şəhid Yusubov Elzar Şarkı Sözleri
Şəhid oldum vətən üçün,
Bu torpaq üçün, el üçün.
Ana mənə saxlama yas,
Balalarımı bağrına bas.
Ata oğlun qəhrəmandı,
Pozmadı, nə əhdi andı.
Darıxmasın iki qızım,
Ayan, Mələk körpə quzum.
Elzar şəhid oldu ana,
Gözləmə sən yolunu daha.
Mən sizdən çox uzaq düşdüm,
Yaxınlaşdım tək Allaha.
Ana yadımda saxlamışam,
Sənin hər bir sözlərini.
Sən qardaşım Səxavətin,
Dolanda sil gözlərini.
Ailəmə denən darıxmasın,
Özünü yandırıb yaxmasın.
Hərdən gəlsin ziyarətə,
Doyunca mənə ağlasın.
Mənsiz üzün gülmür ana,
Elzar gözün silmir ana.
İnan mənə, inan ana,
Şəhid köçür, ölmür ana.
Söz: Fuad İbrahimov
138 kez okundu