Hiss - Çək Şarkı Sözleri
Səni kim aldı əlimdən,
Saldı gözümdən.
Kim apardı qollarımdan,
Donub, qaldım yerimdə.
Üzülürəm sadəcə, indi dairə çək,
Orda mənim olmadığım bir ailə çək.
Səni tanıya bilmirəm artıq,
Dayanıb yol ayrıcında.
Gözümün tam qarşısında,
Qururuq ayrı-ayrı dünyalar.
Səni dəyişdirdilər, dəyişdin,
Məni üzüb son şansını itirdin.
Üzərimə bağlıdı qapılar,
Səhvlərin aramıza sədd qoydu.
Qalıram yolumda yarıda,
Ruhunla gəl, bədənini soyunub.
Tək-tək, gözümdə canlanır anılar, canlanır hər şey,
Tək sən, sözünlə qəlbimi yaralayıb, qoymusan əl çək.
Səni kim aldı əlimdən,
Saldı gözümdən.
Kim apardı qollarımdan,
Donub, qaldım yerimdə.
Üzülürəm sadəcə, indi dairə çək,
Orda mənim olmadığım bir ailə çək.
Söz: Əli Bağırzadə
584 kez okundu