Nefes - Səndə Get Şarkı Sözleri
Peşmanam mən səni sevdiyim üçün,
Adamı dar gündə atan adamsan.
Sübuta yetirdin sən bunu bu gün,
Sevdiyi insanı satan adamsan.
Gedirsən eybi yox o yol oda sən,
Mən səndən inciyib küsən deyiləm.
Getmək istəyirsən gedə bilərsən,
Qal deyə önünü kəsən deyiləm.
Səndə get vəfasız gedənlər kimi,
Eşqinə xəyanət edənlər kimi.
Özgəsi nə qədər sevsədə səni,
Çətin ki, o insan mən ola bilsin.
Sevdiyin insana getsəydin əgər,
Qınamazdım inan heç zaman səni.
Getməyin yox məni yandıran budur,
Nə yaman ucuza satmısan məni.
Bilirəm tapılmaz getsəmdə hara,
Dərdimin çarəsin bilən həkimi.
Mənim ürəyimə vurduğun yara,
İnanki sağalmaz ölənə kimi.
Söz: İsa Ümid
713 kez okundu