Nigar Abdullayeva - Başımın Bəlası Şarkı Sözleri
Al ürəyimi saxla canım,
Bir ömür olsun əmanətin.
Məni yaşadır nəfəs verir,
Sənin eşqin, məhəbbətin.
Sən canımda cansan axı,
Mənə əziz insansan axı.
Mən eşqimin xəstəsiyəm,
Sən mənə dərmansan axı.
Başımın ən şirin bəlası,
Gözlərimin ağı qarası.
Küsüb məndən inciməsin,
Qoy mənə gəlsin qadası.
Qayıdaq ötən illərə biz,
O vaxtlara günlərə biz.
Tut əllərimi çıxaq gedək,
Siz yaşayan yerlərə biz.
Sən mənim ən doğma kəsim,
Sənsən yaşamaq həvəsim.
Gül gülüşünə qurban olub,
Ay mənim ömrüm nəfəsim.
Başımın ən şirin bəlası,
Gözlərimin ağı qarası.
Küsüb məndən inciməsin,
Qoy mənə gəlsin qadası.
Söz: Tural Sedalı
218 kez okundu