Nigar Abdullayeva - Darıxıram Şarkı Sözleri
Həyatımda bir nəfər var, ona görə,
Heç darıxmadığım qədər, darıxıram.
Oda elə zalımdı ki, dərt verə-verə,
Məni üzür elə bir nəfər darıxıram.
Yadıma düşür, gah gülüşü, gah baxışı,
Gah soyuq, gah isti olan davranışı.
Elə darıxır ki, ürəyim elə darıxır,
Üzünü görməyinin eşqi ilə darıxır.
Əsən külək, yağan yağış, xəbər gətir,
Bu yazdığım məktubumu yarə yetir.
Denən ki, çox darıxmışam, üzülmüşəm,
O, gedənnən gör nə hallara düşmüşəm.
Gör nə vaxtdı, əlim dəymir heç əlinə,
Bu dünyanı dəyişmərəm bir telinə.
Sevdiyim insandı, sol yanımdı mənim,
Varlığımdı, həyatım canımdı, mənim.
Söz: Tural Sedalı
306 kez okundu