Nigar Abdullayeva - Ürəyinə Qurban Olduğum Şarkı Sözleri
Sevinc qüssə kədərlərin,
Hamısını birlikdə bölək.
Birgə açaq səhərləri,
Öləndə birlikdə ölək.
Ay mənim ömrüm nəfəsim,
Gözlərinə vurulduğum.
Yoxdu mənim başqa kəsim,
Ürəyinə qurban olduğum.
Açaq sevginin kitabını,
Vərəqləyək səyfələri.
Ver əlini bir oxuyaq,
Sevgimizin nəğmələrini.
Atmaram heç vaxtı səni,
Yanındayam ölənə qədər.
Tanrı mənə yazdı səni,
Son nəfəsim gələnə qədər.
Biz həmişə birlikdə qalaq,
Qədrini bilək sevgimizin.
Ad üsdündə dava salaq,
Adını qoyaq körpəmizin.
Söz: Mətləb Misirov
238 kez okundu