Tural Sədalı - Revayet (Tamerlan İsgenderli DUET) Şarkı Sözleri
Ey bu müqəddəs ana yurdun igid övladları,
Başını dik tutsun hər zaman şəhid övladları.
Çünki şəhidlik məqamı hərkəsə qismət olmur,
Onların ünvanı məşəqqətdən ibarət olmur.
Mənzilin Allah seçir əslində şəhidlərimizin,
Xüsusi öz yerləri var dində şəhidlərimizin.
Yəni vacibatdı cihad Allahı tanıyanlara,
Məhəmmədin dini əmanətdi müsəlmanlara.
Səhidlərin şəhadətindən sizə danışım bu da,
Ardıdır əvvəlki rəvayətimin həmin mövzuda.
Ey Qarabağ torpağı uğrunda canından keçən,
Cəsarətlə bayrağı uğrunda canından keçən.
Təki sağ ola yurdumuz ancaq nə qədər can gedir,
Bəs niyə az yaşlı uşaqlar buna qurban gedir.
Hamı bələd olsun Fərid İsgəndərovun adına,
Dilafətin bəxti yarımçıq qalan övladına.
On yaşında körpəyə dünya necə qəddar oldu,
Hərşey itirdi mənasın həyat dərd qubar oldu.
Yağdı taynaq kəndinə mənfur rəqibin gülləsi,
Amma yaşından da böyükdü, Fəridin zirvəsi.
Hər tökülən qan bu böyük tarixə töhvə verdi,
Əliyev Mahmud da Laçından bizə müjdə verdi.
Mahmud igidcəsinə şəhid oldu, Laçın yolunda,
Dərd odur əl çalmayacaq, körpəsinin toyunda.
Nur Əliyeva atasından elə məhrum oldu,
Körpə qızın dərdi gözündən bizə məlum oldu.
Bir şəhidin ki adı həkk oldu bulağ başında,
Ölüm atasız qoydu günahsız qızı beş yaşında.
Həm babası, həm atası şəhid olub haqq yolunda,
Düşməni qorxutdu səsi ilə Qarabağ yolunda.
Qoca baba qayğısına ehtiyacı olan qız bala,
Ata nəvazişindən uzaq qaldı günahsız bala.
Əliyev Əlisa Arif oğlu elə qəhramandı,
O düşmənin önündə mərdi mərdanə dayandı.
Masallı övladıdır o, fəxri Azərbaycanın,
Qrantamyot atan olubdu canını alıb düşmənin.
O çox saylı texnikalar məhv eləyib döyüşdə,
O fəxri fərmana layiq oldu müqəddəs işdə.
Masallının qızılağacındandı igid Qardaşım,
Sonda Şuşa döyüşlərində oldu şəhid qardaşım.
Birinci Dağlıq Qarabağ döyüşünə salsaq nəzər,
Masallıdan Cəbrayıl oğlu Zahirin adı gələr.
Sən də bir aşiqsən, ey aşiq, vətən aşiqni sev,
Atası Cəbrayıl, adı Zahir soyadı Bəyalıyev.
O da könüllü Masallıdan hərbi xidmətə getdi,
Amma bir evin son beşiyi subay cənnətə getdi.
Xeyli uğurlar qazanıb Zahir həmin döyüşdə,
O yenə şərafətlə qoyubdur, qədəmin döyüşdə.
Viləş kəndi fəxr eliyir indi şəhidləri ilə,
Talışların tarixi dərindi şəhidləri ilə.
İradəsi möhkəm olan tutdu qərar bu yolda,
Əsgər oğlu Nizami Əsgərlidə var bu yolda.
Rütbəsi Leytinant idi,
Vətən idi hər kəliməsi.
Nizaminin dağları titrətdi zəfər kəlməsi.
Sizə o, igiddən danışım, hörmət ilə qulaq asın,
Yolları Yardımlı rayonun necə bağlanmasın.
O boyda tabut gəlir Ağdamdan həmin torpağa,
O can verib torpağın üstündə olan bayrağa.
Zabil Azadov Tələt oğlu, o könüllü əsgər,
Füzulidə şəhid olmağından oldu müzəffər.
Lerik rayonnun Biləvər kəndini təmsil eləyib,
Həyatdan köçüb özünə cənnəti mənzil eləyib.
Azadov Zabil ilk şəhiddir Biləvər kəndinə,
Şəhadəti ilə Zabil gətirdi zəfər.
Könüllü olmaq Vətən uğrunda gözəl qürurdu,
Zabilin də qüruru düşmənlərə zərbə vurdu.
Torpağa yox axdı, damarlarıma Şəhidin qanı,
Boynu bükük qoymadılar qalsın Azərbaycanı.
Növbədə Salyan rayonu Qaraçala kəndimiz var,
Qoy xeyli şad eləsin ruhunu pərvərdigar.
Sizə onun haqqında danışsam kədərli kədərli,
Yatdığı yerdə şad olar məncə Xəyal Cəfərli.
O da Qubadlı bölgəsinin azad olunmağında,
Düşmənə qan uddurdu, Qubadlı torpağında.
Düşmənə meydan oxuyan kəşfiyatçı gizir idi,
O Pərvin Sədalı ilə dost idi, həm fikir idi.
Qaracala kəndindən hələ başqa şəhidimizdə var,
Salyan əhli Bayrı İmanovla eləyir iftixar.
Könüllü vuruşub vətən uğrunda oda baş tacı,
Qürur duyur Bayrı kimi şəhidlə qardaş bacı.
Verdi vətən üçün canını Bayrı şəhadəti ilə,
Xalq onu xatırlayacaqdır şücaəti ilə.
Vətəni vətənpərvər oğullar qoruyub əzəldən,
Bizdə bu qeyrət, bu fədakarlıq olub təməldən.
Şəhidlər haqqında kitab boyda nə çox mövzu var,
İlkin Abıyev kimi övlad itirib Biləsuvar.
O müddətdən artıq edib xidmət Azərbaycana,
Ruhu təravət gətirir cənnət Azərbaycana.
Can verib ölməzliyə bənd olmaq asan şey deyil,
Sizdəki qeyrət bu gün heç yerdə olan şey deyil.
Şəhid Mərhəmət Əhmədov Adil Oğlu Qəhraman,
Şərur Rayonun oğuz kəndi fəxr eləsin Naxçıvan.
Adına layiq Mərhəmətli kəşfiyatçı igidimiz,
Vətən yolunda canı qurban eləyən şəhidimiz.
İki balasın körpə qoyub dəyişdi dünyasını,
Həyat bizə dağ çəkdi, itirdi mənasını.
Şəhidlər ölmür yaşıyır, Quranda bu Ayə var,
İmam Hüseyn yolu ilə kim gedər cənnətə qovuşar.
Şəhadətin müjdəsi ilə haqqa qovuşdu onlar,
Suqovuşanı bizə qovuşduran.
Hacıyev Şükür var,
Şükür Bayram oğlu sevdi vətəni bayrağını.
Canından əziz bildi vətəni bayrağını,
Naxçıvanın fəxridi, Babək elinin sərdarı,
Allah özü tarixə həkk eləyir həmin adları.
Suqovuşanı bizə qovuşduran elə onlar idi,
Rütbəsi baş leytinant Hikmət Səfərov var idi.
Səfərov Hikmət kimi oğlanları var xalqımın,
Şirləri qartalları aslanları var xalqımın.
Unutmarıq biz səni heç vaxtı əzizsən bizə,
Sənində Hikmətli adın yazıldı.
Söz: Tamerlan İsgəndərli
499 kez okundu