Türkan Vəlizadə - Baxa Baxa Şarkı Sözleri
Gözümdə yaşlar axa-axa qaldım.
Durub dalınca baxa-baxa qaldım.
Tapşırdı məni həsrət oduna sevən.
Qəlbimi yaxa-yaxa qaldım.
Gördüm ki gedir bilmir nə edir,
Dodağımı dişimə sıxa-sıxa qaldım.
Qəlbimi sökdü dağıdıb tökdü,
Mən arxasıycan yığa-yığa qaldım.
Gözümdə yaşlar axa-axa qaldım,
Durub dalınca baxa-baxa qaldım.
Tapşırdı məni həsrət oduna sevən,
Qəbimi yaxa-yaxa qaldım.
Sıxıldım Allah, boğuldum Allah!
Bunu öz içimdə boğa-boğa qaldım.
Ey qəmgin ürek qaldıq yenə tək,
Acığımı səndən çıxa-çıxa qaldım.
Söz: Aydın Sani
631 kez okundu