Ülviyye Namazova - Təkcə Məni Sev Şarkı Sözleri
Söylə kimim var mənim,
Səndən başqa dünyada.
Bir gün gedərsən deyə həyatımdan,
Canım sıxılır arada.
Təkcə məni sev, təkcə mənim ol,
Bitməsin bu getdiyimiz yol.
Qorxuram elə gün gələr,
Səndən ayrı qalaram.
Qorxuram sən gedərsən,
Alov-alov yanaram.
Sənsiz mənə bu dünya,
Axı nəyimə lazım.
Hər nə olsa dalaşmayaq,
Qadan alaram.
Gözüm görmür kimsəni,
Gəlmisən həyatıma pay.
Bir gün görsəm əgər,
Səni özgə biri ilə
Vay sənin halına vay...
Söz: Vüsal İbrahimov
432 kez okundu