Zenfira İbrahimova - Şəhidim Şarkı Sözleri
Arzusu yarım qalan,
Balamı verin mənə.
Bədəni yaralanan,
Balamı verin mənə.
Böyüdüm körpə kimi,
Saxlayım onu yenə.
Alım balamın qoxusun,
Sonra yatar yuxusun.
Şəhidim lay lay,
Keçsədə illər.
Sağalmaz ananın,
Ürəyinin yarəsi.
Oğlum qayıdır,
Bayrağa sarılır,
Gedir canımın parəsi.
Toxunmayın balamın,
Yaralı bədəninə.
Üç rəngli bayraq ilə
Sarılır kəfəninə.
Nur içində yat balam,
Məkanın cənnət olsun.
Cənnətdə ilk ad günün,
Günün mübarək olsun.
Şəhidim lay lay,
Keçsədə illər.
Sağalmaz ananın,
Ürəyinin yarəsi.
Oğlum qayıdır,
Bayrağa sarılır,
Gedib canımın parəsi.
Söz: Vüsal İbrahimov
258 kez okundu